İki qatarın arasında qalıb ölən 27 yaşlı gənclə bağlı açıqlama

12:29 14-08-2019 | icon 3269
İki qatarın arasında qalıb ölən 27 yaşlı gənclə bağlı açıqlama

Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən vaqon deposunda bədbəxt hadisə baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən daxil olan məlumata görə, bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.(yenisabah)


Digər xəbərlər

0.29055380821228