Arif Qasımov sakinlərlə görüşdü - Fotolar

10:17 15-08-2019 | icon 1837
Arif Qasımov sakinlərlə görüşdü - Fotolar

61 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən R.Rüstəmov küçəsi 76, 78, 80, 80a, 86 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Görüşdə Azərbaycan Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Səyyar qəbulda vətəndaşlar yaşadıqları binanın su navalçalarının bərpası, pilləkən qəfəsələrindəki pəncərələrin şüşələnməsi, dam örtüyünün təmiri, məhəllənin abadlaşdırılması, küçə işıqlarının bərpası və digər sosial məsələlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Rayon rəhbəri tərəfindən vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

 


Digər xəbərlər

0.26393699645996