“Hamı “Neftçi”ni favorit sayırdı” - “Bney Yehuda”nın baş məşqçisi
Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" sabah III təsnifat mərhələsinin cavab matçında İsrailin "Bney Yehuda" klubunun qonağı olacaq.
Oyundan bir gün öncə keçirilən mətbuat konfransına qatılan İsrail təmsilçisinin baş məşqçisi Yossi Abukasis əvvəlcə qarşılaşma barədə fikirlərini səsləndirib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
"İlk oyundan komandamın göstərdiyi futboldan razıyam. Xüsusilə ilk hissədəki. Mövsümün əvəvlində göstərdiyimiz futbol bizə qənaətbəxş sayıla bilər. Ancaq bizə optimal formada olmaq üçün 3-4 yeni futbolçu lazımdır".
- Bakıdakı hesaba əsasən özünüzü "Neftçi"dən daha şanslı sayırsınız?
- Bu nəticənin nə dərəcədə yaxşı olub-olmadığını sabah deyə biləcəm. Çünki mübarizənin yalnız ilk hissəsi bitib. "Neftçi" çox yaxşı komandadır, çox güclü futbolçuları var. Onların qarşısını Bakıda ala bildik. Rəqibin əsas üstünlüyü cari mövsümdə 6-cı rəsmi matçına çıxmasıdı, bizdə isə bu, yalnız 2-cidi.
- İlk qarşılaşmada rəqibi hansı oyun tərziylə təəccübləndirdiniz?
- Bu üslub deyil. Sadəcə, oyunu rəqibə uyğun qurdum. Deməzdim ki, yalnız müdafiədə oturduq. Hücuma da çxıdıq, 2 qol vurduq. Sabah məqsədimiz Bakıdakı nəticəni qorumaq olmayacaq, əksinə, bunu daha yaxşılaşdıraraq azarkeşlərimizi yaxşı çıxışla sevindirmək olacaq.
- Bu həftə ilk oyunda sərfəli nəticə qazanan komandalar mübarizəni dayandırdılar, o cümlədən Çempionlar Liqasındakı təsmilçimiz "Qarabağ". Səfərdəki hesab sizdə arxayınlaşmaqla bağlı narahatlıq doğurmur?
- Heç vaxt nə özümə, nə də futbolçularıma demişəm ki, Bakıdakı 2:2 yaxşı nəticədi. 2:0 qalib gələsydik, yaxşı nəticə olardı. Bu üstünlüyünü əldən verməyimizə görə 2:2 heç də yaxşı nəticə deyil.
- İki ildə yaxşı nəticə qazanmasınız. İndisə Avropa Liqasının qrupuna düşməyinizə 3 matç qalıb...
- Keşmiş haqda yox, hazırda yalnız gələcək haqda düşünürəm. "Bney Yehuda" qələbələr üçün ac idi. İndi sabahkı qələbəni düşünürük. Bundan sonra addım-addım irəliləmək, pley-off mərhələsinin matçlarını düşünəcəyik ki, qrupa düşək. "Neftçi"ni kənarlaşdırsaq, bizim üçün çox böyük nəticə olacaq. Çünki hamı rəqibimizi bu cütün favoriti sayırdı.
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...