“Azerçay”ın içindən qurbağa çıxıb - Foto
Sosial şəbəkələrdə çayın içindən qurbağa çıxması ilə bağlı fotolar yayılıb.
Müştəri N. Rəhimli mağazadan aldığı “Azerçay” bağlamasından qurbağanın çıxdığını iddia edib. Vətəndaş onu da qeyd edib ki, hadisə ilə bağlı Qida Təhlükəsizlik Agentliyinə müraciət olunub.
“Azərsun Holdinq”in mətbuat xidmətinin rəhbəri Rza Məmmədov açıqlamasında bildirib ki, sözügedən bağlama “Azerçay” qablaşdırmasında saxta məhsul və ya qəsdən edilmiş təxribat ola bilər:
“Çay istehsal prosesində qablaşdırmaya qədər ələk və başqa bu cür proseslərdən keçir. Ona görə belə bir halın baş verməsi mümkün deyil. Alınmış məhsul özü saxta ola bilər ki, bu halla dəfələrlə rastlaşmışıq. Bizim üçün keyfiyyət ən vacib məsələdir. Ona görə tam əmin ola bilərsiniz ki, bu problem ən yüksək səviyyədə araşdırılacaq.
Mütəxəssislər qablaşdırmanın keyfiyyətinə, qutuya daha öncə müdaxilənin olub-olmamasına, çayın növünə və s. baxacaqlar”.
N. Rəhimli bildirib ki, artıq onunla “Azərsun Holdinq”də görüş keçirilib: “Çox mülayim şəkildə danışdılar. Söylədilər ki, özləri də bu hadisədən pis olub. Yoxlamaq üçün qurbağanı istəsələr də, Qida Təhlükəsizlik Agentliyinə müraciət etdiyim üçün vermədim”.(qafqazinfo)
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...