Qaradağda 4980 ailəyə qurban payı verilib - Fotolar

18:01 15-08-2019 | icon 2923
Qaradağda 4980 ailəyə qurban payı verilib - Fotolar

Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb. 

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə insanlara həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə xalqımızı, eləcə də, Qaradağ sakinlərini təbrik edib.

Qeyd edək ki, Qurban Bayramı münasibətilə ümumilikdə rayonun 11 qəsəbəsində qurbanlar kəsilib, 4980 nəfər aztəminatlı ailəyə qurban payı verilib.

 

Bundan əlavə, rayon ərazisində yerləşən uşaq hərbi hissələrin şəxsi heyətləri ilə bayram münasibəti ilə görüşlər keçirilib.

Tədbir zamanı əsgərlər üçün Müqəddəs Qurban Bayramı münasibəti ilə göndərilmiş qurbanlıq qoyunlar kəsilib.

 

 






Digər xəbərlər

0.32116103172302