Taleh Qaraşovun növbəti görüşü - Fotolar

18:04 15-08-2019 | icon 2743
Taleh Qaraşovun növbəti görüşü - Fotolar

Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü 14 avqustda rayonunun Hirkan qəsəbəsində keçirib. 

Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin rəhbər işçilərinin iştirakı ilə keçirilən görüşdə sakinlərin müraciətləri dinlənilmiş, qaldırılan məsələlərə yerindəcə baxılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdırilib. 

 

Qeyd olunub ki, sakinlərin xahişinə əsasən qəsəbədə yeni müasir məktəb binasının tikilib istifadəyə verilməsi təlim-tərbiyə sahəsində uğurlar üçün geniş imkanlar yaradıb, nəticədə ali məktəblərə daxil olanların sayı ilbəil artıb, cari təhsil ilində isə onların sayı 13 nəfərə çatıb və rayon üzrə yeganə qızıl medalı bu məktəbin şagirdi alıb. 

Eyni zamanda ərazidən keçən Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsi, Hirkan-Daşdatük-Biləsər, Hirkan-Mamusta-Siyavər kəndlərarası magistral yollarının əsaslı təmiri və asfaltlanması, piyadalar üçün səkilərin qurulması, əhalinin fasiləsiz elektik enerjisi, təbii qazla təchizatı, sosial müdafiənin gücləndirilməsi ilə bağlı ardıcıl olaraq fərman və sərəncamların imzalanması ölkə Prezidentinin əhaliyə göstərdiyi davamlı diqqəti və qayğısı kimi dəyərləndirilib.

 


 

Digər xəbərlər

0.27118110656738