Mehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunması ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə minnətdarlıq məktubu ünvanlayıb.
Mehriban Əliyeva Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətinə verdiyi yüksək qiymətə görə Vladimir Putinə təşəkkürünü bildirib.
Məktubda deyilir: “Ölkələrimiz arasında münasibətlər bir çox sahələri əhatə edir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qururlar. Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir”.
Mehriban Əliyeva, həmçinin Rusiyanın dövlət başçısına möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya xalqına firavanlıq, sülh və tərəqqi arzulayıb.
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...