"Gilan Holdinq"in istehsal etdiyi şirədən görün nə çıxdı - Fotolar

18:13 15-08-2019 | icon 2313

Bakının Nəsimi rayonunda yaşayan Ayxan Rəhimli adlı şəxs Hüseynbala Əliyev küçəsində yerləşən marketlərin birindən aldığı "Natura" şirəsinin içindən meyvə çürükləri çıxıb. 

Bu barədə Unikal.org-a Ayxan Rəhimli adlı şəxs müraciət edib. O bildirib ki, marketdən aldığı "Natura" şirəsinin qapağını açdıqdan sonra içmək istəyərkən xoşagəlməz halla qarşılaşıb:

"Ağzını açıb, stəkana şirəni süzməyə başladım. Gördüm ki, şirənin içindən bulanıq nəsə çıxır. Bundan sonra ögüməyə başladım. Əvvəlcə fikirləşdim ki, şirənin içindən çıxan, yəqin qabın karton qalıqlarıdır. Sonra içini sirkələməyə başladım. Bundan sonra içindən daha da bulanıq nəsə çıxdı". 

Ayxan Rəhimli bildirib ki, artıq məsələ ilə bağlı istehsalçı şirkətdən, “Gilan Holdig”dən maraqlanıblar:

"Gilan FMCG groupda içecek kateqoriyasının trade marketinqinin Anar Əsədov adlı əməkdaşı məndən sözügedən şirənin qabını istədi. 

Bildirdi ki, əgər sözügedən meyvə qutusu hələ də sizdədirsə onu alıb laboratoriya şəraitində də test etdirmək isteyirik. Açıqlamamızı da ən qısa zamanda sizə də göndərəcəyik".

Vətəndaş vurğulayıb ki, artıq sözügedən meyvə şirəsini aldığı marketə təqdim edib: "Onlar da şirə qabını Gilanın əməkdaşlarına təqdim edəcəklər". 

Qeyd edək ki, "Natura" meyvə şirələri Gilan Qəbələ Konserv Zavodunda hazırlanır.

 


Digər xəbərlər

0.28673696517944