“Neftçi”nin Avroliqa macərası başa çatdı - Video

13:34 16-08-2019 | icon 2554
“Neftçi”nin Avroliqa macərası başa çatdı - Video

Ölkəmizi Avropa Liqasında təmsil edən “Neftçi” III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Bakılılar İsraildə “Bney Yehuda”nın qonağı olub. Bakıda qeydə alınan 2:2 hesablı heç-heçədən sonra "ağ-qaralar" səfərdə qələbəyə ümid etsə də, bu, baş verməyib.

Petak Tikvadakı “Ha Moshava” stadionunda keçirilən qarşılaşmada "Neftçi"ni 2:1 hesabı ilə məğlub edən İsrail təmsilçisi pley-off mərhələsinə adlayıb.

16 avqust

Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu

21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi" - 2:1

Qollar: Dor Jan, 14, Tambi, 65 - Emin Mahmudov, 90+3 (pen)

Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua 
İlk oyun - 2:2

 




Digər xəbərlər

0.30067110061646