“Faciədir” - Roberto Bordin

13:39 16-08-2019 | icon 2759
“Faciədir” - Roberto Bordin

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının III təsnifat mərhələsində İsraildə “Bney Yehuda”ya qarşı cavab matçından (1:2, ilk oyun 2:2) sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Italiyalı mütəxəssis əvvəlcə məğlubiyyəti şərh edib:

"Çalışırdıq ki, oyun istədiyimiz məcrada keçsin. Ancaq rəqib demək olar ki, bütün heyətlə müdafiə olunurdu. Boşluqlar tapa bilməyincə, başlayırdıq uzun ötürmələrdən istifadə etməyə. Çoxlu təkbətək mübarizəni uduzduq. İstədiyimiz oyun alınmadı".

- Rəqibin hər hücumu zamanı komandanızda çaşqınlıq yaranırdı. Buna səbəb nə idi?
- Deməzdim ki, hər hücum zamanı qapımızda çaşqınlıq yaşanırdı. Sadəcə, cəmi iki hücumdan sonra qol buraxdıq. Bizdə çaşqınlıq yox idi. Sadəcə qollar buraxdıqdan sonra dönüş etmək istəyirdik.

- Bu məğlubiyyəti “Neftçi” üçün faciə hesab edirsiz, yoxsa irəli baxıb, çempionatı düşünmək istəyirsiz?
- Təbii ki, pley-offa çıxmaq istəyirdik. Məqsədimiz hətta qrup mərhələsi idi. İlk iki mərhələdəki uğurlu çıxışdan sonra hər kəsdə inam da yaranmışdı. Sadəcə, bu dəfə alınmadı. Bu məğlubiyyətə görə özümü günahlandırıram. Görünür, mən komandaya lazım olan nələrisə çatdıra bilməmişəm. Bu, motivasiyaya da aid ola bilər, taktiki məsələ də. Faciədi, ancaq istənilən halda qarşıdakı oyunlara hazırlaşmağa başlayırıq. Çalışmalıyıq ki, çempionata yaxşı motivasiya olunaq.

- İlk oyunda Mbodju meydana hücumçu kimi buraxmışdız. Bu dəfə o, start heyətdə idi və həmin taktiki gedişə daha tez atdız. Ancaq digər cəhdləriniz kimi bu da uğursuz oldu...
- Rəqib ilk oyunla müqayisədə daha sıx oynadı. Bütün həmlələrimiz ya öz səhvlərimizə, ya da rəqibin həddən artıq motivasiyalı olmasına görə nəticə vermədi. Sonradan Rəhman Hacıyevlə Vangelis Platellası meydana daxil etdim ki, sürəti artıraq və cinahdan həmlələr daha çox olsun. Təəssüf ki, bunlar da nəticə vermədi.

 

 

Digər xəbərlər

0.27662110328674