Abşeronda 6 ayın hesabat yığıncağı - Fotolar

13:40 16-08-2019 | icon 2335
Abşeronda 6 ayın hesabat yığıncağı - Fotolar

Abşeron rayonunun 2019-cu ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzəifələrə həsr olunmuş şura iclası keçirilib. 

Iclası açan Abşeron rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib. 

Bildirilib ki, respublikada əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi, Abşeron rayonunda da sosial-iqtisadi inkişaf təmin edilib, abadlıq və quruculuq tədbirləri davam etdirilib.

Qeyd edilib ki, hesabat dövründə əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Azərbaycan Prezidentinin 2019-cu il 5 fevral tarixli Sərəncamına əsasən ayrılmış vəsait hesabına Xırdalan şəhərində 6 çoxmənzilli yaşayış binasında 27 istismara yararsız liftin təmirinə başlanılıb, 13 liftin təmiri işləri başa çatdırılıb, hazırda işlər davam etdirilir.

Xırdalan şəhərində binalar arasında nümunəvi məhəllələrin, parkların yaradılması istiqamətində bir sıra işlər görülüb. Rayon İcra Hakimiyyətinin, Xırdalan şəhər nümayəndəliyinin yaxınlığında, eyni zamanda Rəşid Behbudov küçəsində 3 istirahət pak salınıb.

Bildirilib ki, Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 2017-ci ilin iyul ayından başlanılan işlər davam etdirilib, bugünə qədər 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda kanalizasiya xətti çəkilib, 373 ədəd yanğın hidrantı quraşdırılıb, 21659 ev birləşməsi verilərək 7640 sayğac quraşdırılıb. Ümumi nəzərdə tutulmuş işin 80 faizə qədəri icra olunub. Podratçı təşkilatlar tərəfindən qazılmış yerlərə 285 min kv.metr asfalt vurulub.

Diqqətə çatdırılıb ki, cari ilin birinci yarısında rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 54 faiz artaraq 153.7 milyon manata çatıb. Sənaye müəssisələrində işləyənlərin sayı 8805 nəfər olub, çalışan işçilərin orta aylıq nominal əmək haqqı 39 faiz artaraq 463 manat təşkil edib.

2019-cu ilin ötən altı ayında vətəndaşların qəbulu və onların müraciətlərinin dinlənilməsi Rayon İcra hakimiyyətinin başçısı tərəfindən ciddi nəzarətdə saxlanılıb. Bu müddət ərzində rayonun kənd və qəsəbələrində 3500 nəfərə qədər rayon sakinin iştirakı ilə 17 səyyar qəbul-görüşlər keçirilib.

 

 


Digər xəbərlər

0.28999805450439