Vəkil yol polisinin rəisini məhkəməyə verdi
Vəkillər kollegiyasının üzvü, tanınmış vəkil Bəhruz Bayramov Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb.
Buna səbəb bir neçə ay əvvəl yol polisinin vəkili guya sərxoş avtomobil idarə edərkən saxlaması və onun barəsində yalan məlumatları KİV vasitəsi ilə ictimailəşdirməsi olub.
Sonradan bəlli olub ki, Bəhruz Bayramov heç də yol polisinin iddia etdiyi kimi sərxoş avtomobil idarə etməyib, ayıq sürücü xidmətindən yararlanıb.
Hətta bununla bağlı həmin xidmətdən məhkəməyə məktub da təqdim edilib.
Ötən müddət ərzində BDYP bir neçə dəfə məhkəməyə müraciət etsə də, sonradan bu müraciət qanunun tələblərinə uyğun hazırlanmadığından məhkəmə tərəfindən rədd edilib.
Sonda isə yol polisi vəkili məhkəməyə verməkdən vaz keçib və vəkil barəsində işə xitam verib.
Ancaq Bəhruz Bayramov işgüzar nüfuzunun ləkələndiyini, ona qarşı qanunsuzluq baş verdiyini əsaslandıraraq, BDYP-nə qarşı iddia qaldırıb.
Vəkil iddiasında məhkəmədən aşağıdakı tələbi də irəli sürüb:
Bakı şəhər BPİ DYPİ tərəfindən mən sərxoş vəziyyətdə avtomobili 20 oktyabr 2018-ci il tarixdə idarə etməyim barədə məlumatı həmin idarə tərəfindən "Bayramov Bəhruz Front oğlu sərxoş halda avtomobili idarə etməyib rəsmi üzr istəməklə bu xəbəri təkzib edirik” mətnlə Xəzər, Real, İctimai TV-də, Avtosfera.az, Türküstan.info, Lent.az, Modern.az, Qafqazinfo.az, Bakupost.az saytlarında rəsmi təkzib edilməsi;
2. Vurulan maddi, mənəvi, şərəf ləyaqətimin, işgüzar nüfuzuma vurulan ziyana görə Bakı şəhər BPİ DYPİ-dən 300 000 (üç yüz min) manat tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarasınız.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...