Ermənistanda ara qarışdı – Foto

13:50 16-08-2019 | icon 2148
Ermənistanda ara qarışdı – Foto

Ermənistanın paytaxtı Yerevanda növbəti etiraz aksiyası keçirilib.

Bir qrup vətəndaş Amulsar qızıl mədənində aparılan işlərin ətraf mühitə zərər vurmasına etiraz edib. Nümayişçilər hökumət binasının qarşısında toplaşıb, öz tələblərini irəli sürüblər.

Polis hökumət binasına zorla daxil olmaq istəyən aksiya iştirakçılarının qarşısını alıb və bildirib ki, bu ərazi xüsusi mühafizə olunan obyektdir. Bu əsnada qanun keşikçiləri ilə etirazçılar arasında qarşıdurma yaşanıb.

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyaları davam etdirəcəklərini bəyan ediblər.

Ermənistanda ara qarışdı – Foto
Ermənistanda ara qarışdı – Foto
 

Digər xəbərlər

0.26358509063721