General Qazax sərhədində baş verənlərdən danışdı
“Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan - Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra 9 aylıq qısa bir müddətdə bilavasitə düşmənlə təmas xəttində ilk vaxtlar uyğunlaşdırılmış tikililərdə xidmətə başlayan sərhədçilərimiz üçün 75 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, iki hərbi hissə kompleksi tikilərək istifadəyə verilib”.
Bu haqda Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.
O, bildirib ki, Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində yeniliklərin öyrənilməsi, sərhədçi hərbi qulluqçuların sağlamlığının effektiv təminatı məqsədilə müasir texnologiyaların, qabaqcıl təcrübələrin tətbiq edilməsi, ən yeni tibbi avadanlıqların istifadəyə verilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir.
“DSX Hərbi Hospitalının rəisi tibb xidməti polkovniki Kənan Yusif-zadənin Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun prezidenti seçilməsi bu sahədə əldə olunmuş nailiyyətlərin beynəlxalq aləmdə sərhədçi həkimlərə böyük nüfuz qazandırmasının mühüm göstəricisidir.
Böyük fəxrlə qeyd edirəm ki, bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev DSX-nin hərbi hissələrinə 37 dəfə səfər etmişdir. Bu rəqəm təkcə region dövlətləri üçün deyil, bütün dünya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının unikal göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymətdir”.
-
Fərrux Azərbaycandır! - Nəzarət artıq ordumuzdadır!
...
-
Ermənilər Ağdamı atəşə tutdu
...
-
Kiyevdə güclü partlayışlar - Video
...
-
Tərtər istiqamətində mövqelərimiz atəşə tutulub
...
-
Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib
...
-
Zakir Həsənov Şuşa əməliyyatının detallarını açıqladı - Prezidentin hansı tapşırığı olub?
...
-
Azərbaycan 10 erməni hərbçini təhvil verdi
...
-
Leyla Əliyeva “Soyuq əllər, isti ürək” yarmarkasında - Fotolar
...
-
“12 hərbçimiz saxlanılıb” - Ermənistan MN
...
-
Ermənilər təşviş içində mövqelərini tərk edir - Rəsmi
...