Bakını bir də amerikalı pilotun gözündən görün - Video
KTDrones təxəllüslü fotoqraf quş uçuşu yüksəkliyindən Bakının videosunu çəkib, bununla da hər kəsi valeh edib
Məşhur amerikalı pilot və fotoqraf KTDrones ilk dəfə Bakını ziyarət edib və quş uçuşu yüksəkliyindən onun şəklini çəkib. Sputnik Azərbaycan-ın məlumatına görə, o, Bakının foto və videosunu özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində təqdim edib.
Pilot özünün əsl adını gizlədir və çəkdiklərini KTDrones təxəllüsü altında yayımlayır. O, artıq uzun illərdir dünyanın müxtəlif guşələrinə səyahət edir və indiyədək 36 ölkədə olub. Hər dəfə öz səyahətləri zamanı fotoqraf dronun köməyilə ən gözəl yerlərin şəkillərini çəkir.
Bakıya səfəri zamanı o, şəhəri gecə və gündüz quş uçuşu yüksəkliyindən çəkib, ən uğurlu kadrları sosial şəbəkədə paylaşıb. Əcnəbilər onun çəkdiyi şəkillərə və çarxa valeh olublar. Bakının bu qədər gözəl olması onları heyrətləndirib.
/Sputnik
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...