Eynulla Fətullayev Mübariz Mənsimov haqqında tənqidlərinə aydınlıq gətirdi

14:01 16-08-2019 | icon 2206
Eynulla Fətullayev Mübariz Mənsimov haqqında tənqidlərinə aydınlıq gətirdi

“Mübariz Mənsimovla aramda hər hansı problem yoxdur”. 

Bu sözləri “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovu vaxtaşırı tənqid edən jurnalist Eynulla Fətullayev deyib. 

O bildirib ki, Mübariz Mənsimov barəsində səsləndiridiyi tənqidi fikirlərin qərəzdən irəli gəldiyini düşünmək yanlışdır: “Nə qərəz ola bilər ki? Plüralizmdir, hər öz fikrini ifadə edir. Mən də öz fikirlərimi ifadə edirəm. Mübariz Mənsimovu da həmişə tənqid etmişəm”.

Fətullayev Mübariz Mənsimovun Rəsulzadə-Elçibəy ideoloji platformasında olması və bu siyasi cəbhədə dayanan qüvvələrlə əməkdaşlıq etməsi barədə fikirlərinə də aydınlıq gətirib: 

“Bunu mən demirəm ki, özü deyir ki, Rəsulzadə-Elçibəy ideoloji platformasını seçib. Bu platformanın da Yeni Azərbaycan Partiyasına aidiyyatı yoxdur ki... Özü deyib, mən də fikirlərimi yazmışam”, - deyə jurnalist vurğulayıb.(yenisabah)


Digər xəbərlər

0.49874114990234