Ermənilər əsgərimizi vurdu – Snayperlə
Avqustun 15-i saat 21:30 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində mühəndis işləri aparılan zaman düşmən mövqeyindən açılan snayper atəşi nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb.
Yaralanmış əsgərə dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur. Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam etsə də Əlahiddə Ümumqoşun Ordunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.
-
Hüseynlə Aqşin Azərbaycana təhvil verildi
...
-
Azərbaycanla Ermənistan arasında hərbçilər qarşılıqlı azad edilir
...
-
Terrorçu rejim Azərbaycanda mülki aviasiyaya belə radiomaneələr edib - DTX
...
-
“Şahramanyan sentyabrda Azərbaycan DTX ilə əlaqə saxlayıb”
...
-
Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir - Video
...
-
Ordumuzun müsadirə etdiyi silahların yeni - Siyahısı
...
-
Vardanyan Laçın postunda saxlanıldı - Bakıya gətirildi+Foto
...
-
Antiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid olub
...
-
“Mən azərbaycanlıları çox sevirəm” - Qarabağ ermənisi - Video
...
-
Antiterror tədbirləri dayandırıldı - MN-dən rəsmi açıqlama
...