“Xaliq Faiqoğlu” AzTU ilə əməkdaşlıq müqaviləsi imzaladı - Fotolar

13:57 17-08-2019 | icon 3033
“Xaliq Faiqoğlu” AzTU ilə əməkdaşlıq müqaviləsi imzaladı - Fotolar

“Xaliq Faiqoğlu” şirkəti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilən tələbələrin “İstehsalat təcrübəsi - II” proqramının icrası başa çatıb.

Bu münasibətlə avqustun 16-da şirkətin baş ofisində şirkətin baş direktoru Faiq Seyidov və AzTU-nun strateji inkişaf üzrə prorektoru Elton Məmmədovun iştirakı ilə tədbir keçirilib.

Universitetin Nəqliyyat fakültəsinin bir qrup tələbəsinin də iştirak etdiyi tədbirdə çıxış edən “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov gənclərin peşəkar kadr kimi formalaşmasında hər zaman lazımi dəstəyin göstərildiyini, onların bilik və bacarıqlarının artırılması üçün təcrübə proqramının yüksək səviyyədə təşkil edildiyini bildirib. F.Seyidov gənclərin yüksək peşə qabiliyyətli mütəxəssis kimi özlərini təsdiq edəcəklərinə və yaxın gələcəkdə öx ixtisaslarına uyğun sahələrdə çalışacaqlarına inandığını ifadə edib.

 

Daha sonra çıxış edən universitet nümayəndələri göstərilən diqqətə və yaradılan şəraitə görə təşəkkür ediblər.

Azərbaycan Texniki Universiteti və “Xaliq Faiqoğlu” şirkəti arasında gələcək əməkdaşlığa dair müqavilənin imzalanmasından sonra yüksək nəticələr götərmiş gənclərə şirkət tərəfindən sertifikatlar təqdim edilib.

Qeyd edək ki, təcrübə proqramı zamanı “Xaliq Faiqoğlu” şirkətinin yerli və xarici mütəxəssisləri bilik və bacarıqlarını tələbələrlə bölüşüb.

 





Digər xəbərlər

0.2668890953064