"Deyilənlər əsassızdır"- Babək “Sirab” ASC-nin Bəyanatı
"Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Namiq Novruzov son zamanlar Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının bu şirkətin maliyyələşdirməsi haqqında məlumatlarla bəyanat yayıb.
Azeripress.az şirkət rəhbərinin bəyanatını olduğu kimi təqdim edir:
Son zamanlar bəzi xəbər saytlarında “Müsavat” Partiyasının sabiq başqanı İsa Qəmbər
və indiki rəhbəri Arif Hacılının “Sirab” şirkəti tərəfindən maliyyələşdirilməsi haqqında
məlumatlar yayılmışdır. Bu səpgili xəbərlərin meydana çıxmasına səbəb isə, Avropada
yaşayan və özünü müsavatçı jurnalist kimi təqdim edən Laçın Məmişov tərəfindən
“youtube” kanalında yayımlanmış bir videodur. Həmçinin, xəbərlər Babək “Sirab”
ASC – yə məxsus “Sirab” mineral sularının foto şəkilləri də yerləşdirilərək
yayımlanmışdır.
Babək “Sirab” ASC olaraq məsələ ilə bağlı araşdırmalarımızdan sonra bəlli olur ki,
sözügedən jurnalistin açıqlamasında yuxarıda da qeyd etdiyimiz kimi, Babək “Sirab” ASC-
dən yox, Avropada yaşayan hansısa Azərbaycan vətəndaşı tərəfindən elə Avropa ölkələrinin
birində qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən “Sirab Europa Gmhb” adlı bir
şirkətdən bəhs edilir.
Babək “Sirab” ASC olaraq qətiyyətlə bildiririk ki, Avropada qeydiyyatdan keçmiş həmin
“Sirab Europa Gmhb” adlı şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə fəaliyyət
göstərən Babək “Sirab” ASC ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.
Lakin bir sıra yerli xəbər saytları bu informasiyanı “Babək Sirab” ASC rəhbərliyi ilə heç bir
dəqiqləşdirmə aparmadan Babək “Sirab” ASC – yə məxsus “Sirab” mineral sularının foto
şəkillərindən də istifadə etməklə öz xəbər saytlarında yayımlamışdırlar. Bu cür qeyri-dəqiq
xəbəri yayan media quruluşlarının məsələyə qeyri – peşəkar yanaşaraq, KİV haqqında
qanunun tələblərinə məhəl qoymayaraq qarşı tərəfin mövqeiyini öyrənmədən birtərəfli
qaydada xəbər yayınlamasından və nəticə etibarilə ictimaiyyətdə şirkətimizə və markamıza
yönəlik əsassız çaşqınlıq yaratmasından dərin təəssüf hissi keçiririk. Babək “Sirab” ASC-yə
və “Sirab” markasına yönəlik qeyri-dəqiq informasiyanı yayan xəbər saytlarından yanlışlarını
düzəldərək təkzib vermələrini tələb edir, əks təqdirdə haqqımızı hüquqi müstəvidə qorumaq
üçün bütün zəruri addımları atacağımızı bildirmək istəyirik.
Bir daha mediya və mətbuat sahəsində çalışan dəyərli qələm sahiblərini bu kimi məsələlərə
diqqətli və həssas yanaşmağa, vəzifə borcunu peşəkarlıq və qanuna müvafiq olaraq yerinə
yetirməyə dəvət edirik.
Babək “Sirab” ASC - nin İdarə Heyətinin sədri
Namiq Novruzov
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...