“Səbail” yeni mövsümə qələbə ilə başladı

09:57 20-08-2019 | icon 3311
“Səbail” yeni mövsümə qələbə ilə başladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

Bayıldakı “ASCO Arena”da baş tutan matçda "Səbail" "Zirə"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolun müəllifi Yevgeni Koçuk olub. O, 79-cu dəqiqədə penaltini dəqiq yerinə yetirməklə meydan sahiblərinə qələbə qazandırıb.

Digər xəbərlər

0.25392293930054