Deputatın saxlanılan qardaşı oğlu kimdir? - Foto
“Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu Orxan Nərimanlı barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirirlər.
“Qafqazinfo” millət vəkilinin qardaşı oğlu Orxan Nərimanlı ilə bağlı bəzi məlumatları əldə edib.
Belə ki, Orxan Çingiz oğlu Nərimanlı 1995-ci ildə Bakıda anadan olub. O, 2012-ci ildə Bakıda 70 saylı məktəb liseyini bitirib. 2017-ci ildə isə Türkiyədə Sabançı Universitetinin məzunu olub.
Orxan Nərimanlı ali təhsilini başa vurduqdan dərhal sonra 22 yaşında Lerikin Piran kəndində yerləşən “Lebro” MMC-nin direktoru təyin olunub. “Lebro” MMC-yə gəldiksə isə, bura Azərbaycanın ən iri quşculuq müəssisələrindən biridir.
Qeyd edək ki, İqbal Məmmədov hadisə ilə bağlı yaydığı açıqlamada “Relax” istirahət mərkəzininin rəhbərinin qardaşı olduğunu bildirib. Bu şəxs isə Orxanın atası Məmmədov Çingiz Nəriman oğludur.
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...