Azarkeşləri stadiondan “Neftçi” rəhbərliyi uzaqlaşdırıb? - Klubdan açıqlama

10:33 20-08-2019 | icon 3072
Azarkeşləri stadiondan “Neftçi” rəhbərliyi uzaqlaşdırıb? - Klubdan açıqlama

Azərbaycan Premyer Liqasının I turunda keçirilən "Neftçi" - "Sabah" matçı zamanı "ağ-qaralar"ın rəhbərliyi və baş məşqçi Roberto Bordin istefa səslənilib.

Bu təşəbbüslə "Neftçimaniya" fan-klubu çıxış edib.

 

Fan-klubun yaydığı bəyanata görə, istefa şüarlarından sonra matçın fasiləsində onlar polis tərəfindən stadiondan kənarlaşdırılıb. Azarkeşlər bu göstərişin klub rəhbərliyindən gəldiyini bildiriblər.

Saytımıza açıqlama verən "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev isə bu iddianı təkzib edib. O, klub rəhbərliyi tərəfindən belə bir addım atılmadığını bildirib: "Azarkeşlər söyüş söyüb deyə, polis onlara xəbərdarlıq edib. Buna məhəl qoymadıqları üçün də polis onları tribunadan uzaqlaşdırıb".


Digər xəbərlər

0.29358792304993