Xorvatiya Bakıya bu heyətlə gəlir

11:08 20-08-2019 | icon 3704
Xorvatiya Bakıya bu heyətlə gəlir

Xorvatiya yığmasının "AVRO-2020"nin seçmə mərhələsində Slovakiya və Azərbaycan yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. 

Esas heyətdə 23 futbolçu, ehtiyatda isə 6 ehtiyat oyunçu yer alıb.

Qapıçılar: Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo", Zaqreb), Simon Sluqa ("Luton", İngiltərə)

Müdafiəçilər: Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer", Almaniya), Matey Mitroviç ("Brügge", Belçika), Borna Barişiç ("Reyncers", Şotlandiya) Karlo Bartolets ("Kopenhagen", Danimarka), Mile Şkoriç ("Osiyek"), Dario Melnyak ("Rizespor", Türkiyə)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badel ("Latsio", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlasiç (ÇSKA, Rusiya)

Hücumçular: İvan Perişiç ("İnter", İtaliya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Yosip Berkalo ("Volfsburq", Almaniya), Bruno Petkoviç, Mislav Orsiç ("Dinamo", Zaqreb)

Qeyd edək ki, Xorvatiya sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisi ilə qarşılaşacaq.


Digər xəbərlər

0.2478621006012