Bakıda qənd sexinin fəaliyyəti dayandırıldı
Qida Təhlükəsizli Agentliyinin əməkdaşları antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlayıb.
Agentlikdən daxil olan məlumata görə, Nərimanov rayonu, İslam Abışov, ev 6 ünvanında yerləşən fiziki şəxs Novruzov Əbdulla Əmir oğluna məxsus “Araz” əmtəə nişanlı qənd istehsalı sexinə baxış keçirilib.
Baxış zamanı sexdə məhsulların istehsalında sanitariya-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. Sexdə preslənmiş kəllə qəndin istehsalı zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, bişmə prosesi təbii qaz vasitəsi ilə həyata keçirilsə də, təhlükəsizlik tədbirlərinin görülmədiyi, istehsal sahəsinə daxil olan suyun toksikoloji, mikrobioloji müayinələrinin aparılmadığı aşkar edilib.
Məlum olub ki, şəkər tozu təmizlənmədən birbaşa bişmə qazanına daxil edilir, qarışdırıcı qazandan preslənmə qurğusuna tökülən şəkər kütləsinin nəmliyinin kütlə payı müəyyənləşdirilmir, bişmə prosesində ticarət şəbəkələrindən qayıdan, üzərində yararlılıq müddəti qeyd olunmayan, antisanitar şəraitdə saxlanılan qəndlərdən istifadə edilir.
Aşkar olunan faktlar əsasında tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.
Qənd məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...