İspaniya klubu Mahirin transferini tamamlamaq istəyir
İspaniya Sequnda təmsilçisi “Estremadura” klubu “Qarabağ”ın hücumçusu Mahir Əmrəlini transfer etmək üçün fəaliyyətini davam etdirir.
Danışıqlar davam edir və transfer məsələsi hələ də açıq qalır. İrəli xəttə lider futbolçu axtaran Almendralexo təmsilçisi Əmrəlinin transferini yekunlaşdırmaq istəyir.
Daha öncə Mahir açıqlamasında getməyə hazır olduğunu açıqlamışdı:
“Hələ ki, təklif barədə heç kimə demək istəmirəm. Qarşıda oyunlar var. Zaman keçdikcə hər şeyi öyrənəcəksiniz. Fransa və İspaniyanın ikinci liqasının bizim çempionatdan güclü olduğunu düşünürəm. Ancaq burada Avropa Liqası və Çempionlar Liqasında oynayırıq. Bu nüansları da nəzərə almaq lazımdır. Yenə də məsləhətləşəcəm. Ora gedib, qalmaq düşüncəsi olmamalıdır. Daha da irəli gedə biləcəmsə, niyə də olmasın?!”.
22 yaşlı futbolçu ilə “Malaqa” və “Almeriya”nın da maraqlandığı iddia edilirdi.(qafqazinfo)
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...