Alı Alıyevin danılmaz uğurları

12:15 20-08-2019 | icon 3040
Alı Alıyevin danılmaz uğurları

“Əzəli və əbədi torpaqlarımız olan Qarabağ günlərin birində ermənilərin məzarlarına çevrilə bilər

Vəzifəyə təyin olunan şəxsin ilk növbədə idarəçilik qabiliyyəti olmalıdır. Hər bir dövlət məmuru ilk növbədə ölkə prezidentinin etimadını doğrultmalıdır. Daim ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olmalıdır. İcra Hakimiyyətinin başçıları yerlərdə prezidentin nümayəndəsi sayılırlar. Əgər İcra Hakimiyyətinin başçısı prezidentin siyasətini doğru yerinə yetirərsə, xalq da onu sevəcək. Ona görə də yerlərdə olan rəhbər işçilər məsuliyyətlərini anlamlıdırlar və hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır. Belə olduğu halda xalqla ölkə rəhbərliyi arasında hər zaman isti münasibətlər yaranar. Çünki icra başçılarını prezident vəzifəyə ona görə təyin edib ki, onun etimadını doğrulda, xalqa xidmət edə, insanların problemləri ilə məşğul ola. 

Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyevdə bütün bu müsbət məqamlar cəmlənib. 

Rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilib, geniş abadlıq-quruculuq işləri davam etdirilib

Son illər Azərbaycan iqtisadiyyatı güclənir.  Ölkə başçısı respublikanın hər bir ərazisinin abadlaşmasına yaxından diqqət və qayğı göstərir.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun inkişafı ilə bağlı böyük layihələr üzərində işlədiklərini deyir

Bu gün hər qarış torpağı min bir nemət yetişdirən bu rayonun bir hissəsi yağı düşmən tapdağı altında qalsa da, Füzuli camaatının əli işdən soyumur, qurub yaradır, öz torpaqlarını axarlı-baxarlı gözəl bir diyara çevirirlər.

”Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq, son illər Füzuli rayonunda da mühüm işlər görülür. Rayon abadlaşır, yeni-yeni sosial obyektlər istifadəyə verilir, iş yerləri açılır. Rayonda bütün sahələr üzrə önəmli uğurlar əldə olunmuşdur. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı dövlət rəhbərinin diqqət və qayğısı sayəsində rayonda daha mühüm işlərin görüləcəyini deyir... 


Ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq, Füzuli rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, maddi rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülüb, o cümlədən təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək, istifadəyə verilib, geniş miqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilib.

Heydər Əliyev parkı, Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatının binası, Gənclər mərkəzi, Şahmat məktəbi, Horadiz şəhər mədəniyyət sarayı istifadəyə verilmişdir.

Bu gün Füzuli sözün hər mənasında inkişaf illərini yaşayır. Canlanma, ötən illərlə müqayisədə əhalinin həyat şəraitinin yaxşılaşması nəzərə çarpır.

Rayon mərkəzində və kəndlərdə böyük vüsətlə bərpa-quruculuq işləri aparılır. Yeni iş yerləri açılır, əhalinin istirahəti üçün bir-birindən gözəl ünvanlar istifadəyə verilir. Elə ilk baxışdan bu rayonun bacarıqlı və zəhmətkeş əllərlə idarə olunduğunu anlayırsan. Rayon İcra Hakimiyyətinin başçısı Alı müəllim Füzulinin inkişafı ilə bağlı çox böyük layihələr üzərində işlədiklərini deyir və rayonun gələcəyi haqqında çox nikbin və ümidli danışır. Bu zamana qədər görülmüş işlər İcra Hakimiyyəti başçısının nikbinliyinin və ümidinin əsassız olmadığını göstərir.

Bəli, Füzuli yenilənir, gözəlləşir, inkişaf edir. Bu yolda rayon rəhbərliyi başda olmaqla bütün füzulilərə yeni-yeni uğurlar arzulayırıq.


Digər xəbərlər

0.23698616027832