“Qarabağ” səfərə yollandı - 4 futbolçu aparılmadı

09:51 21-08-2019 | icon 4385
“Qarabağ” səfərə yollandı - 4 futbolçu aparılmadı

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" pley-off mərhələsində "Linfild"lə keçiriləcək ilk oyun üçün Şimali İrlandiyaya gedib.

Komanda paytaxt Belfasta çarter reysi ilə gedəcək və təqribən 6 saatlıq yol qət edəcək.

 

Sarı vərəqə cəzalıları - Riçard Almeyda və Rahil Məmmədov, zədəlilər - Bədavi Hüseynov və Filip Ozobiç Şimali İrlandiyaya aparılmayıb.

Qeyd edək ki, "Linfild" - "Qarabağ" matçı avqustun 22-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər

0.26298594474792