Mədəni müxtəlifliyin təbliği, kəndlərdə görüş - Layihə

17:14 21-08-2019 | icon 5256
Mədəni müxtəlifliyin təbliği, kəndlərdə görüş - Layihə

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avrasiya Hüquqşünaslar Assosiasiyası ictimai birliyi tərəfindən “Mədəni müxtəlifliyin təbliği, kəndlərdə görüş” adlı layihə həyata keçirilir.

Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili siyasətə töhfə olaraq, ölkənin turizm potensialını nümayiş etdirmək məqsədi ilə gerçəkləşdirilir.

Layihə çərçivəsində aşağıda adı çəkilən 4 rayonun kəndlərinə iki günlük səfərlər nəzədə tutulur. Belə ki, layihə iştirakçıları səfərlər zamanı milli azlıqların mədəni irsini öyrənib təbliğ etmək məsədilə kənd evlərində yaşayacaqlar.

Layihə iştirakçları Quba rayonunun Xınalıq kəndi (26-27 avqust), İsmayıllı rayonunun Lahıc qəsəbəsi (23-24 sentyabr), Qusar rayonunun Laza kəndi (7-8 oktyabr) və Masallı rayonunun (14-15 oktyabr) müəyyən ediləcək kəndində olacaqlar.

Layihənin əsas məqsədi həmin ərazilərə iqtisadi məqsədlərlə turist cəlb edilməsinə nail olmaqdır.
Müxtəlif regionlardan olan layihə iştirakçılarının kəndlərdə ailələrlə əlaqələrini möhkəmləndirərək, həmin ərazilərə iqtisadi məqsədlərlə turist cəlb edərək kənd əhalisinin maddi rifahına müsbət təsirlər əldə etməyə nail olmaq planlaşdırılır.

Layihənin seçim mərhələsində iştirak etmək üçün aşağıdakı linkə daxil olub anket formasını doldurmaq lazımdır.

Anketin linki: https://forms.gle/yZAj1usmE9B7gePm6 
Əlavə məlumat almaq üçün [email protected] mailinə yaza və ya (050) 240 54 05 telefon nömrəsinə zəng edə bilərsiniz.


Digər xəbərlər

0.31421709060669