Nadir Qafarzadə kriminal aləmə qoşulub? - Foto

17:58 21-08-2019 | icon 2958
Nadir Qafarzadə kriminal aləmə qoşulub? - Foto

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə səs-küy yaradan foto paylaşıb. 

Ifaçının bıçaq və pulqabısını stolun üstünə qoyaraq çəkdirdiyi fotosu “Instagram” istifadəçilərini təəccübləndirib.

Müğənninin fotonu “Pulqabı, ya həyat”, - şərhi ilə paylaşması da diqqət çəkib.

Bu foto onun izləyiciləri tərəfindən heç də xoş qarşılanmayıb. Onlar müğənnini kriminal aləmə çağırış etməkdə günahlandırıblar:

“Bunları təbliğ etməyə nə ehtiyac var ki?”, “Bıçaq lazım deyildi, axı sən el sənətkarısan”.

Xatırladaq ki, N.Qafarzadə bundan bir müddət öncə də “oğru dünyası”nın məşhur siması, mərhum Rövşən Lənkəranski haqqında belə bir paylaşım etmişdi: 

"Toyunu oxuduğum oğlanlar həmişə yaxşı oğlanlar olurlar! Bu da yəqin mənim xoşbəxtliyimdir. Allah rəhmət etsin! Unudulmayanlar silsiləsindən!"(yenisabah)


Digər xəbərlər

0.28432083129883