Paytaxtı oğru dilənçilərdən necə təmizləmək olar? - Həll yolları
Paytaxtda gün keçdikcə dilənçiliyin miqyası və oğru dilənçilərin sayı getdikcə artır. Daha bir neçə gün öncə 2 uşaq oğru dilənçi tərəfindən qaçırılmışdı. Baş verənlərdən sonra Bakı polisi paytaxtda oğru dilənçilərin olduğu ilə bağlı xalqa xəbərdarlıq edib.
Bəs övladlarımızı bu dilənçilərdən necə qoruya bilərik?
Bununla bağlı sosioloq Əhməd Mansurov “Yeni Sabah”a açıqlamasında bildirib ki, dilənçilər öz övladlarına da öz həyat tərzlərini aşılayırlar:
“Ümumiliyyətlə dilənçilərin sayının artması təkcə bizim ölkədə baş verən proseslərlə bağlı deyil. Elə fərqli etnik qruplar var ki, onların həyat yolu elə dilənçilikdir və öz övladlarına da bunu təbliğ edirlər. Bundan başqa sadə insanların həyatı elə gətirə bilər ki, onlar da küçə həyat tərzi keçirə bilərlər. Belə həyat tərzi keçirməyin digər bir mərhələsi də dilənçilikdir. Lakin bizim küçələrdə artıq dilənçiliklə bağlı yeni dəyişikliklər yaranıb. Bunların içərisində ən təhlükəlisi isə oğurluq edən dilənçilərdir. Çox təəssüf olsun ki, bunların bir hissəsi də uşaqlardır. Xüsusən diqqətdən yayınan, ailədə az diqqət görən uşaqları buraya daxil edə bilərik. Beləliklə, dilənçilər öz icmalarını genişləndirə bilirlər. Övladları dilənçilərin qurbanı olmasın deyə valideynlər çox diqqətli olmalıdırlar. Uşaqları erkən yaşdan bu problemlə bağlı məlumatlandırmaq lazımdır. Beləliklə, onlar küçədə onları hansı təhlükələrin gözlədiyindən xəbərdar olarlar".
Sosioloq dilənçilərin sayının azaldılması üçün vacib olan tədbirlərdən də danışıb:
"Bizim cəmiyyətin indi əsas məqsədi o olmalıdır ki, risk qrupunda olan, ailədaxili problemlər yaşayan, daha çox küçədə vaxt keçirən uşaqlara diqqət göstərilsin. Oğru dilənçilərin sayının azalması üçünmaarifləndirmə işlərinin görülməsi vacibdir. Düzgün həyat tərzi ilə bağlı təbliğat işləri aparmaq lazımdır. Onların həyatda özlərini təsdiqləməsinə, bir şəxsiyyət kimi formalaşmasına kömək etmək lazımdır. Burda əsas yük dövlət qurumlarının üzərinə düşür”.
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...