"Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı" - Rəşad Atakişiyevin atası

18:05 21-08-2019 | icon 2618

Həlak olan hərbi pilot Rəşad Atakişiyevin atası Saləddin Atakişiyev oğlu ilə fəxr etdiyini deyib.

O, Rəşadın arzusundan da danışıb:

“Mən Rəşad kimi oğulla fəxr edirəm. Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib. Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli ki, bu ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazıram. Vətən sağ olsun!, Allah bütün şəhidlərimizə rəhmət eləsin”.


Digər xəbərlər

0.29204607009888