Rəcəb Babaşov vətəndaşların problemini həll etdi

07:07 22-08-2019 | icon 2370
Rəcəb Babaşov vətəndaşların problemini həll etdi

Qazax şəhərində yeni salınmış Canalı yaşayış massivində 100-ə yaxın əhalinin içməli su problemi ilə əlaqədar narahatlığı Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovun iştirakı ilə yerində araşdırılıb.

 

Sakinlərlə görüş zamanı isti havalarla əlaqədar olaraq artezianın mühərrikində texniki nasazlıq yaranması nəticəsində suyun verilməsində problem olduğu müəyyən edilib. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yeni artezian mühərriki quraşdırılıb, problem yerindəcə öz həllini tapıb.

 



Digər xəbərlər

0.24298477172852