Vəsilə Abulova üçün əlamətdar gün

10:04 22-08-2019 | icon 3825
Vəsilə Abulova üçün əlamətdar gün

Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini Vəsilə Abulovanın həyatında xoş günlərdən biridir. Bu gün o, doğum gününü qeyd edir. 

22 avqust 1983-cü ildə Bakı şəhərində anadan olan Vəsilə Abulova Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə və Kredit fakültəsini bitirib. 

2006-cı ildə "Azərinşaatservis” MMC-də İqtisadçı və Maliyyə mütəxəssisi kimi başlayıb. Daha sonra isə "Azelektromaş” MMC-də Baş Mühasib, 2014-cü ildə "Bakı Elektriktökmə” QSC-də Baş Mühasib, 2015-ci ildə isə "Nurgün” şirkətlər qrupunda Maliyyə müdiri vəzifəsində çalışıb. 
 
2016-cı ildə "Azərreyl” Voleybol Klubunda Baş Mühasib, 2 ay sonra isə Klubun Vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. 2016-cı ilin may ayından "Azərbaycan Dəmir Yolları” QSC-də Yükdaşıma Departameninin Maliyyə rəisi, 2017-ci ildən "ADY” QSC-nin Maliyyə rəisinin müavini vəzifəsində çalışır. 
 
Onun  Vitse-prezidentliyi dövründə "Azərreyl” Voleybol Klubunda bir çox yeniliklər edilib, klub beynəlxalq yarışlarda uğurla çıxış edib. "Azərreyl"in fəaliyyəti müddətində ilk rəsmi saytının yaradılması da Abulovanın rəhbərlikdə təmsil olunduğu vaxta təsaduf edib. 
 
Biz də Vəsilə xanımı ad günü münasibəti ilə təbrik edir, ona can sağlığı, gələcək fəaliyyətində uğurlar arzu edirik!

Digər xəbərlər

0.30232214927673