AVRO 2020-nin sponsorları Bakıya gəldi

15:06 22-08-2019 | icon 3785
AVRO 2020-nin sponsorları Bakıya gəldi

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək 4 oyunu ilə əlaqədar Avropa çempionatının sponsoru olan şirkətlərin nümayəndələri Bakıya gəlib.

Bu gün BOS-da “Alipay”, “Booking.com”, “FedEx”, “Hisense”, SOCAR və “Volskwagen” şirkətlərinin təmsilçilərinin iştirakı görüş təşkil olunub.

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib. AVRO-2020-nin sponsoru olan şirkətlərin nümayəndələri Bakı Olimpiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək Fan Zonanın yerləşəcəyi ərazi ilə tanış olublar.

Qeyd edək ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.


Digər xəbərlər

0.27604293823242