Sadıq Sadıqov milli üzvləri ilə görüşdü
Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov 3 gündən sonra start götürəcək dünya çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər.
Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar.
Hər iki mütəxəssis, həmçinin, millimizin üzvləri mundialda layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.
Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara dünya çempionatında uğurlar arzulayıb.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 1-dək Tokio şəhərində keçiriləcək. Olimpiya Oyunları öncəsi son dünya çempionatında 148 ölkənin cüdoçuları mübarizə aparacaq. Azərbaycanı bu nüfuzlu yarışda 15 cüdoçu (8 kişi, 7 qadın) təmsil edəcək.
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...