“Qarabağ” uduzdu - Video

10:57 23-08-2019 | icon 5667
“Qarabağ” uduzdu - Video

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.

Turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" ilk oyun çərçivəsində Şimali İrlandiyada "Linfild"in qonağı olub.

Oyunda hesabı Ağdam təmsilçisi açsa da, meydan sahibləri 40 və 45+1-ci dəqiqələrdə qol vuraraq fasiləyə 2:1 üstünlüklə yollanıblar. İkinci hissədə Qurban Qurbanovun komandası qapısında növbəti topu görüb. "Qarabağ" yalnız oyuna artırılmış son dəqiqədə hesab arasındakı fərqi azalda bilib. Maqaye Qeye penaltidən topu "Linfild"in qapısına göndərib. Qarşılaşma 3:2 hesabı ilə Şimali İrlandiya təmsilçisinin xeyrinə başa çatıb.

 

Qeyd edək ki, komandaların cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

22 avqust

Avropa Liqası

Pley-offun llk oyunları

"Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 3:2
Qollar: Faysal Rerras, 15 (0:1), Stafford, 40 (1:1), Leyveri, 45+1 (2:1), 74 (3:1), Maqaye Qeye, 90+3-pen. (3:2)
Baş hakim: Sandro Şerer (İsveçrə) 
"Vindsor Park". Belfast

 

 

Digər xəbərlər

0.33249402046204