Bu rayonlarda qaz olmayacaq
Bu gün Samux, Qobustan, Ağsu rayonlarında və Gəncə şəhərində qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu gün səhər saat 09:00-dan Qaz təchizatı şəbəkəsində aparılan texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Samux rayonunun mərkəzində və bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq.
Bundan əlavə, saat 09:00-dan etibarən Gəncə şəhərinin bir hissəsində də qaz olmayacaq. Bu müddət ərzində qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.
Saat 10.00-dan 16:00-dək isə Qobustan rayonunun bir neçə kəndində qaz təchizatının dayandırılması isə orta təzyiqli yeraltı qaz xətlərinin kipliyə sınaq işləri ilə bağlıdır.
Bu gün səhər saatlarından Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq. Bu işin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Ona görə də səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...