İqbal Məmmədov iqtisadçının pulunu qaytardı
Deputat İqbal Məmmədovu sərt ifadələrlərlə tənqid edən, ona qarşı mübarizə aparan iqtisadçı Qulu İbrahimli millət vəkili ilə görüşündən açıqlama ilə çıxış edib.
Iqtisadçı İqbal Məmmədovla görüşə və aralarındakı ədavəti ən azı bir müddət dondurmağa, əl sıxışmağa vadar edən və sırf mənəvi dəyərlərə söykənən hisslərini yazı ilə ətraflı izah etməkdə çətinlik çəkir:
“Mən İqbal Məmmədovun özü ilə savaşırdım. İndi həbsdə olan övladı, yaxın qohumları olan gənclərlə deyil. Gözü yaşlı valideynlər, övladlar, nənənələr, analar, bacılar, qardaşlar ilə deyil. Bu çətin anlarında məni özlərinə düşmən bilmələrini istəmədim.
Kişi gərək özünün mübarizə qəhramanlığının nəticəsi ilə öyünə. Başqalarının nəticəsini öz qələbəsinə aid etmək düzgün deyil. Mən ətrafındakı yüksək ranqlı dostları, sərvəti və deputat statusu ilə gur-guruldayan İqbal Məmmədovla indiyədək savaşmışam. Əslində o, özü mənimlə savaşıb. İndi çətin vəziyyətdə olan İqbal Məmmədovla savaşı davam etdirməyim yıxılana bir balta da mənim vurmağım olar və özümə bunu sığışdırmıram. Onun başındakı problemlər həll olar, övladı həbsdən çıxar, sonra baxaram məsələyə.
İndi İqbal Məmmədovdan nəinki öz borcumu, hətta ondan dəfələrlə artığını almaq imkanım var. Amma indiki durumunda öz borcumu da güzəştə gedəcəyimi dedim. Sadəcə, o borc məbləğini dəqiqləşdirmək və mübahisəni aradan qaldırmaq vacib idi. Çünki, hədiyyə edilə və ya itirilə bilən pulumun məbləğini bilməsi mənim haqqımdır. İqbal Məmmədov israrla kiçik bir məbləği almağa məni razı saldı və heç olmasa, o zaman çəkdiyim əmək haqqı, türklərin qonaqlama xərclərinin əvəzi çıxdı”.
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...