“Qəbələ” futbolçusunu Küveyt klubuna satdı

21:15 23-08-2019 | icon 3225
“Qəbələ” futbolçusunu Küveyt klubuna satdı

“Qəbələ”nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.  24 yaşlı futbolçu bu ölkənin yüksək liqa təmsilçisi “Əl-Salmiyə” klubu ilə anlaşıb.

Artıq tərəflər 1 illik rəsmi müqaviləyə imza atıblar. Mirzəyev yeni komandasında 18 nömrəli formanı geyinəcək.

“Əl-Salmiyə” bu yay Bakıda təlim-məşq toplanışında olub, bir neçə klubumuzla yoxlama oyununda qüvvəsini sınayıb. Küveyt klubunun bu transferə görə “Qəbələ”yə müəyyən məbləğdə təzminat ödədiyi bildirilir.

Qeyd edək ki, Kamal Mirzəyev "Qəbələ"yə bu yay "Zirə"dən keçmişdi.


Digər xəbərlər

0.25721597671509