Lənkəranda sakinlərin problemləri dinlənildi - Fotolar
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Şürük kəndində səyyar qəbul-görüş keçirib.
Prezident Administrasiyasının 5-ci sektorunun müdiri Dəyanət Abdullayevin, İcra strukturları nümayəndələrinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçən görüşdə sakinlərin müraciətləri diqqətlə dinlənilib və qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Tədbirdə İcra başçısı Taleh Qaraşov çıxış edərək cari ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlərin qazanıldığını, çox mühüm yol layihələrinin icra edildiyini, o cümlədən çayçılıq, baramaçılıq, çəltikçilik və sitrusçuluqda müəyyən irəliləyişlərin əldə olunduğunu vurğulayıb.
O, ölkə başçısının tapşırığı ilə təkcə Lənkəranda 1200-dən çox vətəndaşın haqqıödənilən ictimai işlərə cəlb olunduğunu, rayonda xalça fabrikinin, İstisu Sağlamlıq Mərkəzinin və digər sosial obyektlərin istifadəyə verilməsi ilə turizmin inkişafında əsaslı dönüşün yaradıldığını, hazırda rayon üzrə 9 ümumtəhsil məktəb üçün yeni binaların inşa olunduğunu və 2 məktəbdə əsaslı təmir-bərpa işlərinin görüldüyünü bildirib.
Görüşü razılıqla qarşılayan kənd sakinləri vətəndaşların müraciətlərinə vaxtında baxılmasını, qaldırdıqları məsələlərin həlli ilə bağlı konkret əməli işlərin görülməsini yüksək dəyərləndiriblər.
Çıxışlarda son illərdə rayonda yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulmasına, xüsusilə Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsinə, Şürük ərazisindən keçən magistral yolların başdanbaşa asfaltlanmasına, yol boyu divar və barıların suvaqlanıb rənglənməsinə, əraziyə yeni su xəttinin çəkilməsinə, əhalinin elektrik enerjisi və təbii qazla fasiləsiz olaraq təchiz edilməsinə və digər mədəni quruculuq işlərinə görə ölkə Prezidentinə minnətdarlıq ifadə olunub.
Sonda İcra başçısı irəli sürülən təkliflər və fərdi müraciətlərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...