"Sevgilim məndən 12 yaş kiçikdir" - Meyxanaçı Samirə
"Oğlum və qızım sabah gedib ailə həyatı qurub, həyat yoldaşlarının yanında olacaq. Bəs mənim yanımda kim olacaq? Ona görə də ailə üzvlərim evlənməyimə qarşı deyillər”.
Bu sözləri "Azxeber.com"a açıqlamasında meyxanaçı, müğənni Samirə Yusifqızı deyib. O, özündən 12 yaş kiçik bəylə sevgi yaşadığını da açıqlayıb:
"Çox gözəl sevgi yaşayıram. Adını açıqlamaq istəmirəm. Sevgilim məndən 12 yaş kiçikdir. Onu dəli kimi sevirəm, o da bu sevginin qarşılığını verir. Mən ailə həyatı qursam da övladlarımın atasına hörmətlə yanaşmışam amma bu şəxs mənim ilk sevgimdir. Münasibətimizi ciddiləşdirmək istəmirik, qorxuruq belə olsa, sevgi itər. İnsan əlçatan olanda sadələşir. Mən də çalışıram ki, onun xoşuna gəlməyən hərəkətləri etməyim. Onu sevəndən sonra özümü əsl qadın kimi xoşbəxt hesab edirəm Heç kişi məclisimə getməyimə də qarışmır. O bilir ki, mən 1 milyon kişinin arasında olsam da xəyanət etmərəm”.
Samirə onu tənqid edənlərə müraciət edib: "Yazılan şərhləri evdəkilər oxuyub, çox üzülür. Ən çox anam və xalam pis olur. Bir pis şərh olan kimi xalam yığıb ağlayır ki, sən bizi biabır edirsən. Bu nədir sənin ünvanına yazırlar? Mənim isə heç vecimə deyil”.
-
“Fəlakət” Türkiyənin “Ben bu cihana sığmazam” serialında - Foto
...
-
“Apatiya” filminin qala gecəsi baş tutub
...
-
“CinemaPlus” Ümummilli Liderin səfərləri haqqında filmlərə dəstək olub - VİDEO
...
-
Akademik Musiqili Teatrın aktyorları Novosibirsk teatrının yubileyində iştirak ediblər
...
-
Leyla və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində - Fotolar
...
-
CinemaPlus-da “Efsane” filminin qala gecəsi keçirilib
...
-
"Rəfiqə xanın yalnız Azərbaycan SSR-in "Xalq artisti", müxtəlif titullar alan baletmeyster yox, həm də pedaqoq, maarifçi və gözəl insan idi"
...
-
Türkiyədə izlənmə rekordları qıran “Ölümlü Dünya 2” komediyası “CinemaPlus”da
...
-
Rəfiqə Axundovanı da itirdik
...
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...