Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxıldı
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb.
Bu gün Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələrində təqsirləndirilən bir qrup şəxsin - Aydın Rüstəmov, Elvin Əliyev, İsa Məhərrəmzadə və digərlərinin şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Elvin Əliyev azadlığa buraxılıb.
Bundan başqa təqsirləndirilənlərdən Yavər İsmayılzadənin cəzası 5 ilə, Aydın Rüstəmov, İsa Məhərrəmzadə, Alim Yusifovun cəzaları isə 2 ilə endirilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y. İsmayılzadə 9 il, A. Rüstəmov 8 il, Elvin Əliyev 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
-
Moskvada “Crocus City Hall”da terror aktı - Ölənlərin sayı 115-ə çatdı
...
-
Terminaldan 10 minə yaxın pul oğurladılar - Video
...
-
Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində!
...
-
Azərbaycanda girov belə azad edildi - DTX-dən antiterror tədbiri - Video
...
-
DTX tərəfindən saxlanılan transmilli mütəşəkkil kibercinayətkar dəstənin - Film kimi cinayət ssenarisi
...
-
DTX: Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib
...
-
Terrorçuluğu maliyyələşdirdi - Həbs edildi
...
-
Gəncədə narkotik satmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb
...
-
Azərbaycan sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
...
-
Aybəniz Haşımovanın qardaşı həbs edildi
...