“Facebook“ Açıqlama

21:48 23-08-2019 | icon 3226
“Facebook“ Açıqlama

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Facebook” sosial şəbəkəsində öz adına səhifə açıb.

 S.Novruzov “Report”a açıqlamasında cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazım olduğunu deyib.

YAP rəsmisinin sözlərinə görə, “Facebook” müzakirələrin aparılması üçün vasitədir: “Bəzi mətbuat orqanları təhrifə yol verir, özlərinə sərf edən hissəni dərc edirlər. Amma sosial şəbəkədə fikri aydın şəkildə ifadə etmək mümkündür”.

S.Novruzov bundan sonra mövqeyini daha çox sosial şəbəkə üzərindən ifadə edəcəyini qeyd edib: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam”.


Digər xəbərlər

0.30117106437683