Bakıda 15 yaşlı qız evdən qaçdı: 1 ildir atasının təcavüzünə məruz qalırmış

21:49 23-08-2019 | icon 3266
Bakıda 15 yaşlı qız evdən qaçdı: 1 ildir atasının təcavüzünə məruz qalırmış

Bakıda yeniyetmə qıza qarşı ağlasığmaz cinayət törədilib. Bir il ərzində öz qızını zorlamaqda ittiham olunan kişi saxlanılıb.

Bu barədə "Oxu.Az"a Sabunçu Rayon Prokurorluğundan bildirilib.

Cinayətin üstü 15 yaşlı Sabunçu sakininin (ad məlum səbəblərdən açıqlanmır) yoxa çıxmasından sonra açılıb.

Bu il iyulun 19-da yeniyetmə evdən çıxaraq bir daha qayıtmayıb. Bir ay sonra, avqustun 22-də qız tapılıb.

Dindirmə zamanı o, 36 yaşlı atası S.K.-yə görə evdən qaçdığını bildirib. 

Onun sözlərinə əsasən, ata qızına ilk dəfə ötən ilin avqustunda təcavüz edib. O zaman qızın 14 yaşı olub. Bundan sonra ata mütəmadi olaraq qızını cinsi əlaqəyə məcbur edib. Zorakılıq və təhqirlərə dözməyən qız evdən qaçıb.

Həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda rayon prokurorluğu təcavüzkarın cinayətinin hansı maddələr üzrə qiymətləndiriləcəyini qərarlaşdırır.


Digər xəbərlər

0.2827160358429