Əli Əhmədovdan YAP rəhbərliyinə tapşırıq

21:51 23-08-2019 | icon 2632
Əli Əhmədovdan YAP rəhbərliyinə tapşırıq

Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın uğurla inkişaf etdiyini, vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addımların atıldığını bildirib. 

Əli Əhmədov bildirib ki, sabitlik, əmin-amanlıq insanların təhlükəsiz yaşaması üçün əvəzedilməz şərtdir. Çünki təhlükəsizlik, sabitlik olmasa, hər hansı iqtisadi islahatlardan, uğurlardan, nailiyyətlərdən söz açmaq olmaz. “Hesab edirəm ki, Azərbaycan vətəndaşları sabit bir ölkənin vətəndaşları olduğu üçün özlərini məmnun və xoşbəxt hesab edə bilərlər. Bütün bunların sayəsində Azərbaycan uğurla inkişaf edir. Həyatımızın bütün sferalarında böyük inkişaf gedir. Azərbaycan müasirləşir, yeniləşir, bütün bölgələrimiz sürətlə inkişaf edir, insanların yaxşı yaşaması üçün bütün şərtlər yaradılıb. Bu illər ərzində Azərbaycan köklü şəkildə dəyişib”.

YAP Sədrinin müavini onu da diqqətə çatdırıb ki, partiyanın üzvləri Azərbaycanın uğurlarını ictimaiyyət arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. Çünki müstəqil Azərbaycanın inkişafını və güclənməsini gözü götürməyən dairələr, o cümlədən radikal müxalifət sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bu dairlərin əsl niyyətləri Azərbaycan cəmiyyətində ifşa olunmalıdır.

Bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçirləcəyini deyən YAP Sədrinin müavini partiyanın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. Yeni Azərbaycan Partiyasının böyük gücə və cəmiyyətimizdə yüksək nüfuza malik olduğunu deyən Əli Əhmədov partiyamızın siyasətinin xalqımız tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov, partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verib.


Digər xəbərlər

0.25472402572632