Bu fəhlələr 1 il 7 aydır maaş almır – Video
Fəhlələr1 il 7 aydır işlədiyi tikintidən maaşını ala bilmir. Söhbət Abşeron rayonu "Masazır Park" Yaşayış kompleksindən gedir.
35 nəfər fəhlə xeyli vaxtdır sözü gedən tikinti şirkəti tərəfindən aldadılaraq istismar ediliblər. Onlara müxtəlif vədlər verilsə də heç biri yerinə yetirilməyib. Şikayətçilərin sözlərinə görə, "Masazır Park" Yaşayış kompleksindən onlara bildirilib ki, işlədikləri əmək haqları ay ərzində ödənləcək.
Lakin üstündən 1 il 7 ay keçməsinə baxmayaraq, maaşdan heç bir xəbər yoxdur.
Tikintidə fəhlələrlə birgə çalışan, iş icraçısıYaşar Məmmədov deyib ki, tikinti şirkətində özünü sədr müavini kimi təqdim edən, Vasif adlı şəxs onlara pul müqabilində mənzil söz verib.
Yəni binadan hər hansı bir mənzil satışı həyata keçirilərsə, onların da maaşı ödəniləcək.
Məsələ ilə bağlı "Masazır Park" Yaşayış kompleksinin ofisinə müraciətimizisə baş tutmadı. Əmək müfəttişliyindən isə bildirildi ki, "Masazır Park" Yaşayış kompleksində fəhlələrlə hər hansı bir əmək müqaviləsi olmadığına görə onlara müraciət olunmayıb.
Ümid qalır yenə şirkət rəhbərliyinə ki, əməyini istismar etdiyi işçilərin əmək haqqlarını verəcək.
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...