İqbal Məmmədovun oğlundan “dərin fəlsəfi” müsahibə - Video
Millət vəkili İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının bir müddət əvvəl Türkiyə KİV-lərindən birinə verdiyi müsahibənin videosu yayılıb.
Müsahibədə jurnalistin suallarına cavab verən deputat oğlunun qurduğu cümlələr sözün əsl mənasında ağızları açıq qoyub. Başqa bir şərh vermədən həmin cavabların bəzilərini təqdim edirik.
Məsələn o “Kaspi Yıldız” Holdinq nə edir sualına belə cavab verir:
““Kaspi Yıldız” Holdinq “aqnuşitellər”, kənd təsərrüfatı üçün lazım olan hər bir malları istehsal edir. Özümüz ürətirik, toxumculuqdu, hər bir şey var, özümüz ürətirik, yəni Azərbaycan ürətimidir. “Lebro” var, o Lerik Broylerdir, toyuqçuluqla məşğuluq, özümüzün “inqubatoru”, yəni cücənin yumurtasını qoyuruq cücəni çıxardırıq. Relaks otelimiz var. Lerikdədir. Yəni 500 otaqdan çox otağımız var orda...”
Bu yerdə jurnalist deyir: Yəni çox iş var. İnşaat olayında varsınız, yeraltı xidmətlərdə varsınız. Dolayısı ilə “Kaspi Yıldız” Azərbaycanda köklü bir firma. Sən də təhsilini bitirib burada çalışacaqsan. Gənclərin fikrincə Azərbaycanda daha nələr edilməlidir?
Mirhəmid Nərimanlının cavabı: “Azərbaycanda kənd təsərrüfatı konusunda bu il çox ciddi konuşmalar var. Yəni son 3 ildir, 5 ildir ki, kənd təsərrüfatı konusunda çox güjdü irəliləyişlər var”. (yenisabah)
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...