DÇ-2022 Bakıda 

11:01 24-08-2019 | icon 2361
DÇ-2022 Bakıda 

Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Manaquada (Nikaraqua) baş tutan iclasında verilmiş qərara əsasən, 2022-ci ildə Akrobatika gimnastikası üzrə Dünya Çempionatının təşkili Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub. 

Çempionat 11-13 mart tarixlərində Milli Gimnastika Arenasında ilk dəfə olaraq baş tutacaq. Çempionatdan öncə isə 2-7 mart tarixlərində Dünya Yaş Qrupu yarışları da məhz paytaxtımızda  eyni məkanda keçiriləcək.

Qeyd edək ki, bu ilin ən gözlənilən əsas yarışı - 16-22 sentyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatına artıq sayılı günlər qalıb. Növbəti il isə aerobika ulduzları Dünya Çempionatında yarışmaq üçün paytaxtımızda toplaşacaqlar. 2021-ci ildə isə daha bir dünya birinciliyi batut gimnastikası üzrə olacaq.


Digər xəbərlər

0.37154102325439