DÇ: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşdi
Sabah Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı start götürəcək. Nüfuzlu yarışda 148 ölkədən 841 idmançının iştirakı nəzərdə tutulub ki, bunlardan 510-u kişi, 331-i isə xanımdı.
"Gündoğar ölkə"yə 16 cüdoçu ilə yollanan Azərbaycan 9 kişi və 7 xanımla təmsil olunmalı idi. Amma məşqlərdə zədələnən idmançımızın biri yarışa qatılmaq şansını itirib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu əməkdaşımıza bildirib ki, 81 kq çəkidə çıxışı planlaşdırılan Murad Fətiyev son anda xəsarət aldığından mübarizəyə qoşulmayacaq.
Beləliklə, 8 gün davam edəcək yarışlarda ölkəmizin şərəfini Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorloo (57 kq), Günel Həsənli (70 kq), Irina Kindzerska (+78 kq), Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) qoruyacaq.
90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev mübarizəyə ikinci mərhələdən başlayacaq. Onu rəqibi Petr Jiri (Çexiya) və ya Davis Duda (Latviya) olacaq. 100 kq çəkidə iki idmançımız xalça üzərinə çıxacaq. Elmar Qasımov Daniel Mukete (Belarus), Zelim Kotsoyev Leonardo Gongalveslə qarşılşacaq. Ən ağır çəkidəki təmsilçimiz Uşangi Kokauri (+100 kq) isə avstriyalı Stepan Heygi ilə görüşəcək.
Xanımların mübarizəsinə gəlincə, 48 kq çəkidə Aişə Qurbanlı Marina Çernyak (Ukrayna), Leyla Əliyeva Katarina Kosta (Poruqaliya), 52 kq çəkidə Aleksandra-Larisa Florian Tsui Şuk Ki (Honq Konq), Gültac Məmmədəliyeva Yasira Ferreyra (Mozambik), Munxtsedev İçinxorloo (57 kq) Miryam Roper (Panama), Günel Həsənli (63 kq) Aoife Çouglan (Avstriya), Irina Kindzerska (+78 kq) isə Sarah Adlington (Böyük Britaniya) - Tessie Savelkouls (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...