Meksika səfiri Bakı Marionet Teatrında olub

19:16 27-02-2017 | icon 705
Meksika səfiri Bakı Marionet Teatrında olub
loading...

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini fevralın 27-də Bakı Marionet Teatrını ziyarət edib və teatrın direktoru Tərlan Qorçu ilə görüşüb.

Bu barədə Oxu.Az-a Meksikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Teatrın direktoru diplomatı iki ay öncə açılmış teatr binası ilə tanış edib, onun tarixi haqqında danışıb. Səfir Labardini Meksika-Azərbaycan münasibətlərində mədəni əlaqələrin vacib rolunu qeyd edib. O, Meksikada kukla teatrı incəsənətinin inkişaf etdiyini, hər iki ölkənin bu sahəsinin nümayəndələri arasında mümkün əməkdaşlığını vurğulayıb.

Tərəflər bu cür əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi və Meksika kukla teatrı incəsənətinin Bakı Marionet Teatrında nümayiş olunmasını mümkün hesab ediblər.

Həmçinin qarşılıqlı tanıtım və yaxınlaşmaya yol açan mədəni mübadilə qeyd olunub.

Aytən Sadıqzadə


Digər xəbərlər

0.30348110198975